Vakansiyalar

Satınalma bölməsinin mütəxəssisi

Namizədə dair tələblər :
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunununu bilməsi;
- Məlumatların toplanması və təhlili təcrübəsi;
- Səliqəlilik və dəqiqlik;
- Kollektivdə işləmək bacarığı.

Əsas vəzifələr:
- Satın alınacaq malların (işlərin və xidmətlərin) qanunla tələb olunan müddətdə planlaşdırılması üçün tədbirlərin görülməsi və illik satınalma planının hazırlanmasında iştirak edilməsi;
- Satın alınacaq malların (işlərin və xidmətlərin) iş həcmlərinin və şərtlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti struktur bölmələrdən məlumatlar tələb edilməsi və alınması, layihə (texniki) tapşırıqlara dair rəy və təkliflərin verilməsi;
- Alınacaq malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satın alınmasının təşkili üçün sənədləşmələrin təmin edilməsi, ehtimal olunan qiymətlərin hesablanması;
- Keçirilən satınalma müsabiqələrinin şərtlərinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin və məlumatların ümumiləşdirilərək tender komissiyasına təqdim edilməsi;
- Elan edilmiş elektron satınalma prosedurlarına nəzarət etmək, malgöndərənlərin (podratçıların) satınalma proseduru barədə suallarının cavablandırılması və satınalma prosedurlarının gedişatı barədə tender komissiyasına icmal məlumatların təqdim edilməsi;
- Tender (kotirovka) təkliflərinin qiymətləndirilməsi və müqayisəsində iştirak edilməsi;
- Zərurət olduqda satın alınması planlaşdırılan malların (işlərin və xidmərlərin) bir mənbədən satınalma metodunun tətbiqinə uyğun olub-olmamasının araşdırılması və əsaslandırılmasında iştirak edilməsi;
- Qurumun təchizatçılarla əlaqəsi kimi xidmət edilməsi;
- Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət edilməsi.

Müraciət etmək istəyən şəxslərdən CV anketini recruitment@mdm.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.