Haqqımızda

Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır. MDM öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu, həmin Qanunun tətbiqi çərçivəsində qəbul olunmuş normativ hüquqi aktları, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.